Modern.az

Şəhidimiz Zərdabda dəfn edildi - FOTOLAR

Şəhidimiz Zərdabda dəfn edildi - FOTOLAR

Ölkə

16 May 2025, 13:26

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Abbasov Abuzər Tənzil oğlunun meyitinin qalıqları Zərdab rayonuna gətirilib. O, Beyləqan rayon məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu.

Modern.az xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Yuxarı Seyidlər kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Abbasov Abuzər Tənzil oğlu 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı ərazisində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

14368091436810

1436811

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər