Modern.az

Sertifikasiya suallar bazası hər il təxminən 20% yenilənir

Sertifikasiya suallar bazası hər il təxminən 20% yenilənir

Ölkə

16 May 2025, 14:26

Sertifikasiya suallar bazası hər il təxminən 20% yenilənir. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar Səhiyyə naziri Teymur Musayev deyib.

O qeyd edib ki, hazırda bazada 65 minə yaxın test və 6 min 450 klinik məsələ mövcuddur.

"Yeni yanaşmaya əsasən imtahanlar 100 ixtisaslaşdırılmış sualdan ibarət olacaq" - deyə nazir qeyd edib. 

Bildirib ki, qiymətləndirmə zamanı 80 və daha çox bal toplayanlar müvəffəq hesab olunacaqlar. Bundan başqa, beynəlxalq bazalardan alınmış yeni suallar əsasında imtahanların həm elektron, həm də kağız formatda keçirilməsi nəzərdə tutulur: 

“Elektron imtahan nəticəsi dərhal ekranda əks olunacaq, kağız daşıyıcılarda isə nəticə maksimum 3 saat ərzində təqdim ediləcək. Əlilliyi olan şəxslər üçün də imtahanlarda xüsusi şərait yaradılıb. Görmə qabiliyyəti məhdud olan namizədlərə fərdi nəzarətçi təyin olunur, testlər audio materiallarla təmin edilir və imtahan müddətinə əlavə 60 dəqiqə artırılır".

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI