Modern.az

Tiranada Avropa liderlərini güldürən VİDEO

Tiranada Avropa liderlərini güldürən VİDEO

16 May 2025, 15:24

Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı keçirilir.

Modern.az xəbər verir ki, Tirana sammitində 50-yə yaxın ölkənin lideri iştirak edir.

Zirvə toplantısına Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və başqaları qatılıb.

Zirvə toplantısının açılışında zala toplaşan dövlət başçılarına maraqlı görüntülər nümayiş etdirilib.

Belə ki, süni intellekt vasitəsilə liderlərin uşaqlıqları canlandırılıb. Onlar tədbir iştirakçılarını öz dillərində salamlayaraq, “Albaniyaya xoş gəlmisiniz” deyiblər.

Videorolik zalda əyləşən Avropa liderlərində təbəssüm yaradıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI