Modern.az

Ədalət Partiyasının yeni sədri KİMDİR...

Ədalət Partiyasının yeni sədri KİMDİR...

Ölkə

17 May 2025, 15:55

Ədalət Partiyasının IX-cu qurultayında yeni sədr seçilib. Partiyanın sədr müavini Mütəllim Rəhimli yeni sədr seçilib.

 

Modern.az yeni seçilən sədrin dosyesini təqdim edir.

 

Mütəllim Rəhimli  1973-cü ildə Tovuz rayonunda anadan olub. Gədəbəy rayonu, Düzrəsullu kənd orta məktəbini bitirib.

 

Rəhimli 1994-cü ildən Azərbaycan Demokrat Partiyasının (ADP) üzvü, 1995-ci ildən Mətbuat xidmətinin rəhbəri olub. 

 

2000-ci ildə Ədalət Partiyası ilə Azərbaycan Demokrat Partiyası ayrıldıqdan sonra Ədalət Partiyasına keçib və Təşkilati məsələlər üzrə sədr müavini olub. İndiyədək bu vəzifəni yerinə yetirir.

 

2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə və 2006-cı ildə Milli Məclisə təkrar seçkilərdə İlyas İsmayılovun seçki qərargahının sədri olub.

 

2013 və 2018-ci illərdə Azərbaycan Respublikasının prezident seçkilərində Ədalət Partiyasının prezidentliyə namizədi İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi və seçki qərargahının rəhbəri olub.

 

2015, 2020 və 2024-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə namizəd kimi iştirak edib.

 

Qeyd edək ki, Ədalət Partiyası 1993-cü ildə yaradılıb. 1996-cı il martın 30-da keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası (ADP) növbədənkənar iclas keçirərək birləşiblər. İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri olub. 2001-ci ildə Ədalət Partiyası ADP-dən ayrılmaqla bərpa qurultayı keçirib. İ.İsmayılov sədr seçilib.

 

İ.İsmayılov 2025-ci il fevralın 17-də vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu