Modern.az

Bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə gedə BİLƏCƏYİK

Bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə gedə BİLƏCƏYİK

Ölkə

21 May 2025, 09:26

Özbəkistan Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi ilə ölkəyə daxil omağa icazə verməyi planlaşdırır.

Modern.az-ın məlumatına görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev məsələ ilə əlaqədar fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları Özbəkistan ərazisinə daxili pasport və ya şəxsiyyət vəsiqəsi ilə daxil ola biləcək.

Özbəkistanın Xarici İşlər Nazirliyinə üç ay ərzində məsələ ilə bağlı danışıqlara başlamaq tapşırılıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları artıq şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə bilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI