Modern.az

Azərbaycanda yeni nazir TƏYİN EDİLDİ

Azərbaycanda yeni nazir TƏYİN EDİLDİ

Ölkə

21 May 2025, 10:33

Mayın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci çağırış yaz sessiyasının növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin vəzifəyə təsdiq edilməsi müzakirə olunub.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, kənd təsərrüfatı naziri vəzifəsinə namizəd barədə MR Baş nazirinin 20 may tarixli təklifi Ali Məclisə daxil olub.

Rafail Cəbrayıl oğlu Quliyevin Naxçıvan MR kənd təsərrüfatı naziri vəzifəsinə təsdiq edilməsi haqqında Ali Məclisin qərarı oxunub və səsə qoyularaq qəbul edilib.

***

Naxçıvanda yeni kənd təsərrüfatı naziri təyin olunub.

Modern.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

Qeyd edək ki, Naxçıvandakı sözügedən vəzifəni müvəqqəti olaraq Xəyalə Dadaşova icra edib. O, kənd təsərrüfatı nazirinin müavini vəzifəsini davam etdirəcək.

Məlumatı ilk dəfə "Manset.az" yayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi