Modern.az

Rusiyanın axtardığı hakim Azərbaycanı TƏRK ETDİ

Rusiyanın axtardığı hakim Azərbaycanı TƏRK ETDİ

Ölkə

22 May 2025, 09:08

Dələduzluqda və saxtakarlıqda ittiham edilərək Rusiyada qiyabi həbs edilən keçmiş hakim Yelena Xaxaleva Azərbaycanı tərk edib.

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümbətova məlumat yayıb. 

Yanvarın sonunda Rusiya tərəfinin tələbi ilə Xaxaleva Bakı hava limanında saxlanılıb, lakin sonradan Azərbaycan məhkəməsi onu Rusiyaya ekstradisiya etməkdən imtina edib. 

Hümbətova bildirib ki, müvəkkilinin Azərbaycandakı işi yekunlaşıb.

"Rusiya tərəfinin tələbi ilə onun ekstradisiyasından imtina barədə məhkəmə qərarından sonra o, Azərbaycanı tərk edərək üçüncü ölkəyə gedib", - deyə vəkil bildirib.

Ş.Hümbətova qeyd edib ki, Xaxalevanın ekstradisiyasından imtina qərarı onun azad hesab edilməsinə əsas səbəbdir. 

Vəkil keçmiş hakimin hazırda harada olduğunu bilmir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi