Modern.az

Putin İlham Əliyevi TƏBRİK ETDİ

Putin İlham Əliyevi TƏBRİK ETDİ

Ölkə

27 May 2025, 12:20

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ölkəniz sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada artan nüfuza malikdir.

Rusiya-Azərbaycan münasibətləri dostluq, müttəfiqlik xarakteri daşıyır. Əminəm ki, konstruktiv ikitərəfli əməkdaşlığın, beynəlxalq məsələlərdə tərəfdaşlıq üzrə qarşılıqlı fəaliyyətin bundan sonra da birgə səylərlə gücləndirilməsini təmin edə biləcəyik. Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur - Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı və uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına isə sülh və tərəqqi arzulayıram”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər