Tərtər rayonunun Qızıloba kəndi ərazisində 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu heyvan otararkən piyada əleyhinə minaya düşüb
O, sağ ayağın pəncə hissəsinin cırılmış-dağılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Modern.az APA-ya istinadən xəbər verir ki, mina partlayışında xəsarət alan Telman Hüseynovun atası da mina qurbanı olub.
Telman Hüseynovun atası Əhməd Hüseynov 1992-ci il 16 iyun tarixində Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mal-qara otaranda minaya düşərək həlak olub.