Modern.az

Agentlik sədrinə yeni müavin TƏYİN EDİLDİ

Agentlik sədrinə yeni müavin TƏYİN EDİLDİ

2 İyun 2025, 18:29

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müavini təyin olunub.

 

Modern.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Hüseynov Rahim Mahir oğlu Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.

 

O, hazırkı vəzifəsinə qədər Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin müdiri vəzifəsində çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!