Modern.az

Azərbaycanla Ermənistan nümayəndələri GÖRÜŞDÜ

Azərbaycanla Ermənistan nümayəndələri GÖRÜŞDÜ

4 İyun 2025, 10:02

Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib.

Modern.az xəbər verir ki, görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər.

Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.

Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU