Modern.az

Bir ayda eyni məkanda dönərdən ikinci dəfə ZƏHƏRLƏNMƏ

Bir ayda eyni məkanda dönərdən ikinci dəfə ZƏHƏRLƏNMƏ

Ölkə

9 İyun 2025, 15:23

Xəbər verdiyimiz kimi, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfər zəhərlənib.

Modern.az-ın məlumatına görə, bu, eyni məkanda baş verən ikinci qida zəhərlənməsidir 

Belə ki, bundan əvvəl may ayında dönərxanada 7 nəfər zəhərlənib. Daha sonra dönərxanada araşdırma aparılıb və normativ tələblərin pozulduğu məlum olub. Aydın olub ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı, sanitar gigiyenik qaydalara əməl olunmadığı aşkarlanıb.

Şübhəli məhsul hesab edilən mayonez və toyuq dönərindən, həmçinin səthlərdən yaxma nümunələri seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Daha sonra obyekt sahibləri aidiyyəti üzrə müraciət edib və obyektin fəaliyyəti bərpa edilib.

Obyektin hansı əsaslarla fəaliyyətini bərpa etdiyi məlum deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi