Modern.az

Ən çox və ən az müharibə veteranı olan rayonlar - SİYAHI

Ən çox və ən az müharibə veteranı olan rayonlar - SİYAHI

Ölkə

11 İyun 2025, 12:00

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə aylıq 80 manat müavinət verilir. Bu barədə 15 aprel 2019-cu ildə Prezident İlham Əliyevin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında sərəncamında bildirilib. Sərəncam həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində iştirak edənlərə şamil olunub. Hazırda ölkə üzrə bu təqaüddən yararlanan 180 min 947 müharibə iştirakçısı var. Bu da o deməkdir ki, hər ay 14 milyon 475 min 760 manat pul müharibə iştirakçılarına sosial müavinət kimi verilir.

Modern.az müharibə iştirakçılarının ən çox hansı regionlardan olduğunu araşdırıb. 

Döyüş əməliyyatlarında iştirak edənlərin böyük hissəsi paytaxtın üzərinə düşür. Belə ki, Bakı şəhəri üzrə 41 min 421 nəfər respublikanın bütövlüyü uğrunda döyüşlərdə iştirak edən şəxs kimi qeydiyyatdadır. Onların əksəriyyəti Xətai rayonunda yaşayır. Burada 5 min 297 veteran aylıq 80 manat müavinət alır. Bakı üzrə ən az göstərici isə Pirallahdadır. Bu ərazidə 349 döyüş iştirakçısı yaşayır. 

Paytaxt üzrə digər göstəricilər

Binəqədi rayonu 5059 
Xətai rayonu 5297 
Xəzər rayonu 2687 
Qaradağ rayonu 3495 
Nərimanov rayonu 3369 
Nəsimi rayonu 2953 
Nizami rayonu 3027 
Pirallahı rayonu 349 
Sabunçu rayonu 4188 
Səbail rayonu 2447 
Suraxanı rayonu 4264 
Yasamal rayonu 4286     

Naxçıvan Muxtar Respublikası üzrə göstəricilər

Muxtar Respublikada ümumilikdə 5988 veteran yaşayır. Ən yüksək göstərici Naxçıvan şəhərində, ən az göstərici isə Sədərək rayonunda qeydə alınıb. Naxçıvan şəhərində aylıq 80 manat müavinət alan veteranların sayı 1208-dir, Sədərəkdə isə bu göstərici 341-dir. 

Ölkə üzrə ən çox müharibə iştirakçısı olan rayonlar 

Qazax-Tovuz iqtisadi rayonu
Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuzda ümumilikdə təqaüd təyin olunmuş veteranların sayı 19 min 460-dır. Rayonlar içərisində 4882 nəfərlə Qazax müharibə iştirakçısına görə liderdir, bölgə üzrə ən az göstərici isə 3113 nəfərlə Gədəbəydədir. 

Qarabağ iqtisadi rayonu
Qarabağ bölgəsində ümumilikdə 18 min 440 nəfər müharibə iştirakçısı kimi qeydiyyata düşüb. Ağdamda müharibə iştirakçılarının ümumi sayı 4116 nəfər olmaqla ən çox göstəriciyə malikdir. Qarabağın digər rayonlarında isə göstəricilər aşağıdakı kimidir:

Ağcabədi rayonu 2830 
Bərdə rayonu 3609 
Füzuli rayonu 2760 
Xocavənd rayonu 674 
Şuşa rayonu 1103 
Tərtər rayonu 2843 
Xocalı rayonu 505

Ən az müharibə iştirakçısı olan iqtisadi rayonlar

Müharibədə iştirak etdiyi üçün təqaüd alan veteranlar ən az Dağlıq Şirvan iqtisadi rayonunda yaşayır. Burada ümumilikdə 4864 nəfər müharibədə iştirak edib. Bu bölgəyə daxil olan Ağsu rayonunda 1061, İsmayıllı rayonunda 1712, Qobustan rayonunda 604, Şamaxı rayonunda isə 1487 müharibə iştirakçısı var.

Şərqi Zəngəzur iqtisadi rayonunda da Birinci və İkinci Qarabağ müharibəsində iştirak edənlərin sayı digər regionlara nisbətən azdır. Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonu üzrə ümumilikdə 6758 veteran var. 

Digər iqtisadi rayonlar üzrə göstəricilər

Gəncə-Daşkəsən iqtisadi rayonu – 15354
Lənkəran-Astara iqtisadi rayonu – 9934
Mərkəzi Aran iqtisadi rayonu – 13 822
Mil-Muğan iqtisadi rayonu – 9240
Şəki-Zaqatala iqtisadi rayonu – 9161
Quba-Xaçmaz iqtisadi rayonu – 6860
Şirvan-Salyan iqtisadi rayonu - 9424

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum