Səudiyyə Ərəbistanının Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən təyyarə təcili olaraq İranın Rəşt şəhərinə eniş edib.
Bu barədə Oxu.Az məlumat verib. Bildirilib ki, zəvvarlardan birinin səhhəti pisləşdiyindən təyyarə heyəti uçuş zamanı təcili qərar qəbul edərək, təyyarəni İranın Rəşt şəhərinə endirməyə məcbur olub.
Modern.az məsələ ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əlaqə saxlayıb.
Qurumun Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri saytımıza açıqlamasında məlumatı təsdiq edib.
O bildirib ki, bir nəfərin halı pisləşib və təyyarə Rəşt şəhərinə enməyə məcbur olub. Vüsal Cahangiri edib ki, hər şey yaxşıdır və təyyarə hazırda Bakıya yola düşməyə hazırlaşır.