Modern.az

Ramadanadakı sosial mənzillərə niyə çıxarış VERİLMİR....

Ramadanadakı sosial mənzillərə niyə çıxarış VERİLMİR....

Ölkə

12 İyun 2025, 19:07

2021-ci ildə Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə sosial binalar kompleksi istifadəyə verilib. 

Ancaq binaya yerləşdirilən vətəndaşlar hələ də çıxarışla təmin edilməyib. Modern.az-a müraciət edən vətəndaşlar heç kimə çıxarış verilmədiyini bildiriblər.

Onlara bu barədə rəsmi açıqlama verilməyib. "Səbəb kimi qeyri-rəsmi olaraq bildirilir ki, çıxarış verilsə, mənzili satacaqlar", - vətəndaşlar bildiriblər.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, sosial təyinatlı mənzillərdə çıxarış verilməməsi ilə bağlı məlumatlı deyil:

"İstənilən halda şəxs mənzildə yaşayırsa, bu ona verilibsə, deməli, onun hüquqları var. Hər kəsin konstitusiya ilə təsbit olunmuş yaşayış hüququ var. Bunun təmin olunması üçün onun sənədləşdirməsinə ehtiyac duyulur. Ən azından hər kəs öz mənzili barədə sərəncam vermək hüququna malik olmalıdır. Sənədləşmə, çıxarışlar olmadığı təqdirdə şəxsin yaşadığı mənzillə bağlı sərəncam vermək hüququ olmur. Bu da çox ciddi problemlər yaradır. Bu məsələ fərdi qaydada həll olunmalıdır. Amma bütövlükdə dövlət qurumları tərəfindən məsələ hansısa formada öz həllin tapmalıdır. Çünki problem qaldıqca daha da şişir, narahatlıqlar yaratmış olur”.

Deputat sosial evlərlə bağlı ona müraciətlərin edilmədiyini deyib: “Sənədsiz evlərlə bağlı mütəmadi olaraq,  müraciətlər olur. Xüsusilə də, mənim təmsil etdiyim Sabunçu rayonunun istər Sabunçu, istər Ramana, istərsə də Balaxanı qəsəbəsindən evlərin sənədləşdirilməsi ilə bağlı hər dəfə müraciətlər olunur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu