Modern.az

İlham Əliyev Britaniya Baş nazirinə başsağlığı verdi

İlham Əliyev Britaniya Baş nazirinə başsağlığı verdi

Ölkə

12 İyun 2025, 18:00

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə başsağlığı verib.

Modern.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Baş nazir,

Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla, çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı