Modern.az

AZAL bu reysləri ləğv etdi

AZAL bu reysləri ləğv etdi

Ölkə

13 İyun 2025, 08:20

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reyslər ləğv edilib.

 

Modern.az  xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

 

Ləğv edilən reyslər

 

• Bakı – Təl-Əviv – Bakı

J2 021/022 (13 iyun)

J2 321/322 (13 iyun)

J2 021/022 (14 iyun)

• Bakı – Dubay – Bakı

J2 011/012 (13 iyun)

• Bakı – Tehran – Bakı

J2 8017/8018 (13 iyun)

 

Uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.

 

Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur