Modern.az

Rəsmi Bakıdan İsrailin İrana hücumuna REAKSİYA 

Rəsmi Bakıdan İsrailin İrana hücumuna REAKSİYA 

Ölkə

13 İyun 2025, 11:16

Azərbaycan İsrailin İranın ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatdır.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq.

Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq.

Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir", - açıqlamada bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur