Modern.az

Demarkasiya prosesinin texniki məsələləri müzakirə olunur

Demarkasiya prosesinin texniki məsələləri müzakirə olunur

Ölkə

13 İyun 2025, 16:06

İrəvanla Bakı arasında dövlətlərarası sərhədin demarkasiyası prosesinin davam etdirilməsi üçün danışıqlar aparılır və hazırda həmin prosesin texniki məsələləri müzakirə olunur. 

Modern.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. 

Qriqoryan xatırladıb ki, bu məsələ ilə bağlı sonuncu görüş 2025-ci ilin yanvarında olub, o zaman iki ölkənin baş nazir müavinləri Ermənistan-Azərbaycan-Gürcüstan sərhədində demarkasiya prosesinin bərpa olunması ilə bağlı razılığa gəliblər: "Hazırda danışıqlar davam edir. Demarkasiya prosesinin davam etdirilməsi ilə bağlı texniki məsələlər müzakirə olunur"

Hazırda tərəflərin prosesin texniki məsələlərini aydınlaşdıra bilməsi üçün konfidensial və diplomatik iş aparılır".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur