Modern.az

Cənub bölgəmizdə radiasiya ola bilər? - Mütəxəssislər Astaraya ezam olunub

Cənub bölgəmizdə radiasiya ola bilər? - Mütəxəssislər Astaraya ezam olunub

Ölkə

13 İyun 2025, 21:43

İranda baş verən məlum hadisələrdən sonra Azərbaycanda radiasiyanın yoxlanılması üçün nüvə tədqiqatları departamentinin nümayəndələri Astaraya ezam olunub.

Modern.az APA-ya istinadən xəbər verir ki, İranda vurulan nüvə obyektlərindən sonra, Azərbaycanda radiasiya dərəcəsini müəyyən etmək məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nüvə tədqiqatları departamentinin mütəxəssisləri Astarada tədqiqatlara başlayıb.

Artıq Astara sərhəd zonasında tədqiqatlar yekunlaşıb. Hazırda mütəxəssislər digər ərazilərdə tədqiqatları davam etdirirlər.

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı