Azərbaycan Hava Yolları aviaşirkəti bir sıra reysləri ləğv edilib.
Bu barədə Modern.az-a Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumat verilib.
Bildirilib ki, Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib:
14 iyun
* Bakı – Tel-Əviv – Bakı (J2 331/332)
* Bakı – Nyu-Dehli – Bakı (J2 057/058)
* Bakı – İslamabad – Bakı (J2 143/144)
* Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)
* Bakı – Tehran – Bakı (J2 8017/8018)
15 iyun
* Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)
16 iyun
* Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)
* Bakı – Tehran – Bakı (J2 8017/8018)
Qeyd edək ki, Bakı – Təbriz – Bakı marşrutu üzrə reyslər iyun ayının sonunadək ləğv edilib.
AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.
Əlavə suallar yarandığı halda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.