Modern.az

41 vətəndaşımız quru yolla Azərbaycana DAXİL OLDU

41 vətəndaşımız quru yolla Azərbaycana DAXİL OLDU

Ölkə

16 İyun 2025, 12:42

İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsrail Dövlətindəki Səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə məlumat verilib.

"Bununla əlaqədar, ilkin olaraq İran İslam Respublikasındakı Səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub. Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir", - məlumatda deyilir.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır