Modern.az

Rusiyanın dövlət televiziyasında Azərbaycana qarşı növbəti hörmətsizlik

Rusiyanın dövlət televiziyasında Azərbaycana qarşı növbəti hörmətsizlik

Ölkə

18 İyun 2025, 11:42

Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”-də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edilib.

Modern.az APA-ya istinadən xəbər verir ki, rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirib.

İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlərlə dolu emosional nitq söyləyib və nitqində bir neçə dəfə mövcud olmamış qondarma “Artsax”ın adını çəkib, ermənilərə Ermənistanın da taleyinin “Artsax” kimi olacağını deyib.

Rusiya "propaqandaçısı" Solovyov guya ermənilərin İrəvandan min illər əvvəl Qarabağda yaşadıqlarını iddia edib.

Qeyd edək ki, “Rossiya 1”-in efirində, eləcə də şəxsən Solovyov tərəfindən Azərbaycana qarşı analoji hallar dəfələrlə baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!