Modern.az

Xarici diplomatlar Laçında - FOTOLAR

Xarici diplomatlar Laçında - FOTOLAR

Ölkə

20 İyun 2025, 08:40

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfərə gəliblər. Qonaqların səfəri Laçın rayonundan başlayıb.

Modern.az xəbər verir ki, diplomatlar Laçın Beynəlxalq Hava Limanında qarşılanıb. Hava limanı ilə tanışlıq zamanı qonaqlara aeroport haqqında məlumat verilib.

Laçın səfəri çərçivəsində qonaqlar şəhərdə bir sıra məkanlarda olacaqlar. Onların, Laçın İstirahət Kompleksi, "Hoçazfilm" studiyası, "Yurd" qalereyası, "Lacinema" mərkəzi ilə həmçinin Həkəri sahili, Seyrəngah və "Gilabi Ceramics" mərkəzlə tanışlığı nəzərdə tutulub.

Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB