Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdəki xarici diplomatlarla Qarabağa səfərinin yekununa dair paylaşım edib.
Modern.az xəbər verir ki, bu haqda Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
“Diplomatik korpusla Laçına səfərimiz Azərbaycan Hava Yollarının “Bakı-Laçın” birbaşa reysi ilə başlayıb, Laçın-Şuşa avtobusu ilə davam edib. İndi isə Ağdam-Bakı dəmir yolu xətti ilə Bakıya qayıdırıq”, - deyə o, paylaşımda bildirib.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Ağdam şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.