Modern.az

Bakıda külək gücləndi - FAKTİKİ HAVA

Bakıda külək gücləndi - FAKTİKİ HAVA

Ölkə

22 İyun 2025, 10:40

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 9:00-a olan məlumatında deyilir.

 

Düşən yağıntının miqdarı Zaqatalada 26, Balakəndə 10, Tovuzda 9, Gədəbəydə 4, Qax (Sarıbaş), Şəki, Şahdağ, Daşkəsən, Mingəçevir, Şəmkir, Xınalıq, Oğuz, Qusar, Qrız, Şabran, Gəncə, Şahbuz, Naxçıvanda 3 mm-dir.

 

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 20 m/s-dək güclənir.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınır.

 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 24-ü axşamadək davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU