Modern.az

Bütün dövlət qulluqçuları bu xəbəri oxumalıdır!

Bütün dövlət qulluqçuları bu xəbəri oxumalıdır!

Ölkə

23 İyun 2025, 10:21

23 iyun ölkəmizdə Dövlət qulluqçularının Peşə Bayramı Günü kimi qeyd edilir.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,4 min nəfər olubki, onların da 30,3 faizini qadınlar, 69,7 faizini isə kişilər təşkil edir.

Dövlət qulluqçularının təxminən yarısı 10 ildən artıq iş stajına malikdir. Yaş baxımından isə əsas hissəsini 30-50 yaş arası şəxslər təşkil edir. Yaşı 65-dən çox olan dövlət qulluqçuları isə 2 faiz təşkil edir.

Dövlət qulluqçusu kimdir?

Azərbaycanda dövlət qurumlarında işləyən hər kəs dövlət qulluqçusu hesab edilmir. Mövcud qanunvericiliyə görə, qanunda nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi dövlət qulluqçusu hesab edilir.

Dövlət qulluqçuları nə qədər maaş alır?

2024-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 2 faiz artaraq 1971,0 manat təşkil edib.

Dövlət qulluqçusunun hansı hüquqları var?

Dövlət qulluğu haqqında qanuna görə, dövlət qulluqçusunun əsas hüquqları aşağıdakılardır:

- vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq;

- dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək;

- dövlət məvacibi almaq;

- əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət məvacibinin məbləğinin artırılması iddiasında olmaq;

- elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq;

- əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;

- ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək;

- şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti araşdırma aparılmasını tələb etmək;

- müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;

- həmkarlar ittifaqlarında birləşmək;

- qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək;

- qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, dövlət qulluqçusu funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərdə üzv olmaq;

- qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq;

- qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və yaradıcılıq məzuniyyətləri), özünün və ya ailə üzvlərinin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq.

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil