Modern.az

Generalın qardaşı da general OLDU

Generalın qardaşı da general OLDU

Ölkə

25 İyun 2025, 11:32

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 polkovnikə “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. Onlardan biri Elnur Kazımovdur.

Modern.az-ın məlumatına görə, Elnur Kazımov Elnur Kazımov Müdafiə Nazirliyinin Katibliyinin rəisidir. O, əvvəllər Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, o, Ədliyyə general-mayoru Rasim Kazımovun qardaşıdır. O, 2022-ci ilədək hərbi prokurorun müavini olub.

R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?