Modern.az

8 rayona yeni prokuror TƏYİN EDİLDİ

8 rayona yeni prokuror TƏYİN EDİLDİ

Ölkə

25 İyun 2025, 15:48

Qəbələ, Göyçay, Qobustan, Yevlax, Ağdam, Ağstafa, Yardımlı, Beyləqan rayonlarına prokurorlar təyin edilib.

Modern.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.

Nazim Babayev Qəbələ, Ceyhun Almasov Yevlax, Səadət Rüstəmova Qobustan, Vasif Süleymanov Ağdam, Ramin Hüseynov Göyçay rayonuna prokuror təyin olunub.

Məmmədov Fəxri Vahid oğlu Yardımlı rayonunun yeni prokuroru təyin edilib.

Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Elşad Əzimov isə Beyləqan rayon prokuroru vəzifəsinə təyinat alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?