Modern.az

Mahir Süleymanlı Şabranda idman ictimaiyyətilə görüşdü

Mahir Süleymanlı Şabranda idman ictimaiyyətilə görüşdü

Ölkə

26 İyun 2025, 10:58

Şabranda Milli Məclis deputatı Mahir Süleymanlı idman ictimaiyyəti ilə görüş keçirib.

Modern.az xəbər verir ki, iyunun 25-də Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunda yerli idman ictimaiyyəti ilə görüş keçirib.

Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rayonda idmanın inkişafı, gənclərin sağlam həyat tərzinə marağının artırılması və idman infrastrukturunun mövcud vəziyyəti müzakirə olunub.

Görüşdə çıxış edən Mahir Süleymanlı ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğıdan danışıb. Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə idman ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. O qeyd edib ki, bölgələrdə idmanın inkişafı və gənclərin bu sahəyə cəlb olunması dövlətin diqqət mərkəzindədir.

Tədbirdə rayonun idman ictimaiyyətinin nümayəndələri də çıxış edərək bir sıra təkliflər səsləndiriblər.

Sonda Mahir Süleymanlı bölgədə idmanın inkişafı istiqamətində irəli sürülən fikirləri və təklifləri diqqətlə dinləyərək, onların aidiyyəti qurumlar qarşısında qaldırılacağını bildirib.

1445744

1445746

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?