Modern.az

İki qurumdan Məhərrəm ayı ilə bağlı MÜRACİƏT - Uşaqları aparmayın!

İki qurumdan Məhərrəm ayı ilə bağlı MÜRACİƏT - Uşaqları aparmayın!

Ölkə

27 İyun 2025, 11:26

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə vətəndaşlara müraciət edib.

Modern.az-ın məlumatına görə müraciətdə deyilir:

"Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununa əsasən, dini mərasimlərin yalnız məscid və ziyarətgahların ərazisində keçirilməsi nəzərdə tutulur.

İyunun 26-dan başlayan Məhərrəm ayında ibadət yerlərində təhlükəsizliyin təmin olunması, eyni zamanda nəqliyyatın fasiləsiz hərəkətinin tənzimlənməsi məqsədilə müvafiq tədbirlər görülür. 

Xüsusilə qeyd etmək istəyirik ki, bəzi valideynlərin azyaşlı uşaqları dini mərasimlərə, o cümlədən təziyə məclislərinə aparması halları müşahidə olunmaqdadır. Bu zaman uşaqların həm fiziki, həm də psixoloji təhlükəsizliyi nəzərə alınmalıdır. Valideynlərdən xahiş edirik ki, azyaşlı uşaqların bu cür kütləvi mərasimlərdə iştirakının məqsədəuyğun olmadığını nəzərə alsınlar və qanunvericiliklə ziddiyyət təşkil edən halların qarşısının alınmasına xüsusi həssaslıqla yanaşsınlar.

Hər bir vətəndaşın sağlamlığının, hüquqlarının və təhlükəsizliyinin qorunması bizim ümumi məsuliyyətimizdir".

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi