Modern.az

Şəmkirdə ferma yandı

Şəmkirdə ferma yandı

Ölkə

28 İyun 2025, 17:12

Şəmkir rayonunda yanğın olub.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində baş verib.

Kənd sakinlərinin birinin həyətində olan fermada anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir və Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı fermada olan mal-qara xilas edilib. Yanğın söndürülüb və fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər