İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın öldürülən iki azərbaycanlının - Ziyəddin və Hüseyn Səfərovun qardaşları jurnalist Seyfəddin Hüseynli Rusiya hüquq-mühafizə orqanlarının tutduğu mövqeyi kəskin tənqid edib.
Modern.az-ın məlumatına görə, o bildirib ki, Rusiya tərəfi hadisə ilə bağlı ağlabatan heç bir izahat vermir:
"Ən çirkin şəkildə yalanlara əl atırlar. İşgəncəyə məruz qalan adam bunu deyə bilmir, həyatını itirənlərin isə səsini eşidə bilmirik. Amma biz varıq və danışa bilirik”, – deyə o qeyd edib.
Seyfəddin Hüseynli Azərbaycan dövlətinə güvəndiyini bildirib:
“Çox şükür ki, Azərbaycan dövləti var və bu həqiqətlər ortaya çıxacaq. İnanıram ki, bu gecə keçiriləcək ekspertizadan sonra rəy bir daha bəlli olacaq və gerçəklər üzə çıxacaq”.
Aytac Bəhruzqızı