Modern.az

Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi keçirilir - GÖRÜNTÜLƏR

Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi keçirilir - GÖRÜNTÜLƏR

Ölkə

1 İyul 2025, 11:58

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri - Bakir Səfərovun məhkəmə prosesi başlayıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, Bakir Səfərovu barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır.

Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.

Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu