Modern.az

Mirziyoyev Azərbaycana gəldi - YENİLƏNİB

Mirziyoyev Azərbaycana gəldi - YENİLƏNİB

Ölkə

2 İyul 2025, 11:50

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Modern.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

****

10:36

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb.

Modern.az-ın məlumatına görə, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti xəbər yayıb.

Daha əvvəl səfərin 2-4 iyul tarixlərində baş tutacağı bildirilmişdi. İyulun 4-də Xankəndidə Özbəkistan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu