Modern.az

Konstitusiya Məhkəməsinə təyinat alacaq hakimin atası da burada çalışıb

Konstitusiya Məhkəməsinə təyinat alacaq hakimin atası da burada çalışıb

Ölkə

3 İyul 2025, 16:16

Konstitusiya Məhkəməsinə 4 yeni hakim təyin ediləcək.

Modern.az-ın məlumatına görə, Unikal.az təyin olunacaq hakimlərdən biri - Otari Qvaladzenin Konstitusiya Məhkəməsinin sabiq hakimi Rafael Qvaladzenin oğlu olduğunu dəqiqləşdirib.

Qeyd edək ki, əslən Gürcüstandan olan hüquqşünas Rafael Qvaladze 1998 ildə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. Azərbaycan Prezidentinin 10 aprel 2025-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib və Konstitusiya Məhkəməsinin hakimi vəzifəsindən təqaüdə yola salınıb.

Onun təqaüdə yola salınmasının səbəbi son yaş həddinə çatması olub.

Rafael Qvaladzenin oğlu Otari Qvaladze hazırda Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində çalışır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu