Modern.az

Əbu-Dabi görüşünü pozmaq istəyənlər əks effektlə üzləşdilər - Səməd Seyidov

Əbu-Dabi görüşünü pozmaq istəyənlər əks effektlə üzləşdilər - Səməd Seyidov

Ölkə

10 İyul 2025, 15:12

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərindəki görüş konstruktiv atmosferdə keçib. Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.

Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu görüş və nəticəsi Azərbaycanın yaratdığı yeni reallığın təntənəsidir:

“Və bu, getdikcə özünü daha qabarıq şəkildə göstərəcək, təsdiqləyəcək. Söhbət ondan gedir ki, sülh  danışıqlarına müdaxilə edən, onu pozmaq istəyən qüvvələr bu prosesi saxlamaq istəyiblər. Amma onlar əks effektlə üzləşdilər. Proseslər sürətləndi. Proseslər sürətləndiyinə görə, artıq belə yüksək səvəiyyədə görüşlər keçirilir".

S.Seyidov vurğulayıb ki, bu bir daha regionun vahid bir coğrafiya olduğunu göstərir:

"Regionu bölüb hökmranlıq edən qüvvələr bölgənin vahidləşməsini və bunun Azərbaycan tərəfindən edilməsinin  şahidi olurlar. Təbii ki, Azərbaycanın yaratdığı yeni reallıq cazibədar, işlək və qəbulolunandır. Ona görə də Ermənistan da buna yaxınlaşır və başa düşür ki, onun taleyi və gələcəyi bu proseslərin qəbul olunması ilə bağlıdır. Əminik ki, belə də olacaq".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi