Modern.az

Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI

Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI

Ölkə

6 İyul 2025, 12:57

Azərbaycanda iyulun 7-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və  Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

 

Havanın temperaturu gecə 19-23° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi  759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55% olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli  olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI