Modern.az

Suriya Azərbaycanın qaz ixrac edəcəyi 13-cü ölkə olacaq

Suriya Azərbaycanın qaz ixrac edəcəyi 13-cü ölkə olacaq

Ölkə

12 İyul 2025, 16:45

Azərbaycan bu günə kimi 12 ölkəyə qaz ixrac edir, əsasən də Avropa ölkələrinə. Bu gün Azərbaycan üçün yeni coğrafiya formalaşır - Yaxın Şərq. Artıq Türkiyə üzərindən 1 mlrd. kubmetr qazın Suriyaya ixracı məsələsi Suriya prezidentinin Bakıya səfəri çərçivəsində müzakirə olunur. 

Suriya həm özü Azərbaycan qazını idxal edə bilər, həmçinin tranzit ölkə rolunu oynaya bilər. 

Modern.az xəbər verir ki, artıq Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri bərpa edilib. Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası mümkündür. Bu da Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması perspektivini vəd edir. 

Eyni zamanda, Azərbaycanın elektrik enerjisi istehsalçısı kimi qarşısında yeni imkanlar açılır. Azərbaycan Yaxın Şərq regionuna da elektrik enerjisi ixrac edə bilər.

Beləliklə, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 13-ə çatır.
 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi