Azərbaycanda 2024-cü ildə qeydə alınan cinayətlərin ümumi sayı əvvəlki illərlə müqayisədə azalıb. Bununla belə, bəzi cinayət kateqoriyaları üzrə göstəricilər hələ də ciddi narahatlıq doğurur.
Modern.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2024-cü ildə baş verən cinayətlərin və məhbusların sosial-demoqrafik göstəricilərini təqdim edir.
2024-cü ildə ölkədə ümumilikdə 33 379 cinayət hadisəsi qeydə alınıb. Bu göstərici 2023-cü illə müqayisədə təxminən 3 min hadisə azdır (2023-cü ildə 36 811).
İl ərzində ən çox qeydə alınan cinayət hadisəsi narkotiklələ bağlıdır - 8 863 hadisə, ən az isə zoralama və zorlamağa cəhddir, bu səbəbdən cinayət işi açılan 14 hadisə baş verib.
Cinayətlərin növlərinə görə bölgü:
Qəsdən adam öldürmə və adam öldürməyə cəhd - 218 hadisə
Qəsdən sağlamlığa ağır zərər vurma - 275 hadisə
Zorlama və zorlamağa cəhd -14 hadisə
Oğurluq - 4 219 hadisə
Dələduzluq - 6 972 hadisə
Soyğunçuluq - 130 hadisə
Quldurluq - 77 hadisə
Xuliqanlıq - 583 hadisə
Narkotik dövriyyəsi ilə bağlı cinayətlər - 8 863 hadisə
Yol hərəkəti qaydalarının pozulmasına görə isə 2 685 hadisə qeydə alınıb ki, onlardan 621-i ölümə səbəb olub.
Cinayət törədənlərin sosial-demoqrafik əlamətləri:
2024-cü ildə cinayət törətmiş şəxslərin ümumi sayı 22 485 nəfər olub.
Onlardan 21 min 250-si kişi, 1 235-i isə qadındır.
Yaş qrupları üzrə:
14-17 yaş - 472 nəfər
18-29 yaş - 5 584 nəfər
30 yaş və yuxarı - 16 429 nəfər
Məşğulluq üzrə:
Fəhlələr - 1 157 nəfər
Qulluqçular - 486 nəfər
Kənd təsərrüfatı işçiləri - 27 nəfər
Təhsil alanlar - 95 nəfər
Əmək fəaliyyəti olan işləməyən və oxumayan şəxslər - 12 510 nəfər
Digər məşğulluq üzrə - 8 270 nəfər
Məhkum olunanlar:
2024-cü ildə ümumilikdə 15 885 nəfər məhkum olunub ki, bu da əvvəlki illərlə müqayisədə azalmanın olduğunu göstərir. Belə ki, 2023-cü ildə 16 min 197, 2022-ci ildə isə 16 426 nəfər məhkum edilib. Onlar arasında 10 nəfər ömürlük azadlıqdan məhrum edilib.
Onların cəza növləri üzrə bölgüsü:
Ömürlük azadlıqdan məhrum edilənlər - 10 nəfər
Müəyyən müddətə azadlıqdan məhrum edilənlər - 9 266 nəfər
İctimai işlərə cəlb olunanlar - 170 nəfər
İslah işlərinə cəlb olunanlar - 369 nəfər
Hərbi xidmət üzrə məhdudlaşdırmaya cəlb olunanlar - 238 nəfər
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunanlar - 4 568 nəfər
Hərbi hissədə intizam xarakterli saxlanılma - 36 nəfər
Cəriməyə məhkum olunanlar - 660 nəfər
Şərti məhkum olunanlar - 568 nəfər
Məhkumların tərkibi:
Cinsə görə:
Kişilər - 95,9%
Qadınlar - 4,1%
Yaşa görə:
14-17 yaş - 1,8%
18 yaş və yuxarı - 98,2%
Təhsilə görə:
Ali təhsillilər - 7,8%
Tam orta və orta ixtisas təhsili olanlar - 71% (ən çox)
Digər (təhsili olmayanlar) - 21,2%