Modern.az

Azərbaycanda rekord isti qeydə alındı - FAKTİKİ HAVA

Azərbaycanda rekord isti qeydə alındı - FAKTİKİ HAVA

Ölkə

17 İyul 2025, 13:36

İyulun 17-sı saat 13:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 16-sı gündüz saatlarında dağlıq ərazilərdə (Xaltan, İsmayıllıda 1 mm-dək) qısamüddətli az yağış yağıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 30, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, havanın temperaturu azı 41 dərəcə selsidən çox olanda açıq şəraitli iş yerlərində işlər dayandırılmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi