Modern.az

Sərxoş kişi dayısını döydü - Bu cəza verildi

Sərxoş kişi dayısını döydü - Bu cəza verildi

Ölkə

19 İyul 2025, 16:13

Bakıda dayısını döyən şəxsin məhkəməsi yekunlaşıb.

Modern.az-ın məlumatına görə, hadisə bu ilin fevral ayının 18-də Xəzər rayonunda baş verib.

Belə ki, təqsirləndirlən şəxs K.M “Köhnə yeməkxana” adlandırılan kafedə spirtli içki qəbul etdiyi zaman dayısı oraya daxil olub.

Sərxoş kişi heç bir əsas olmadan dayısına qarşı nalayiq sözlərdən istifadə edib. Dayı bacısı oğlunun xoşagəlməz hərəkətlərinə göz yumsa da, sonuncu ona fiziki zor tətbiq edib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham olunub. Xəzər rayon məhkəməsinin qərarı ilə ona 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Məlumata görə, dayı və onu döyən bacısı oğlu arasında öncədən şəxsi münasibətlər zəminində problemlər olub.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi