Modern.az

Daha bi marşrutun avtobusları YENİLƏNİR

Daha bi marşrutun avtobusları YENİLƏNİR

Ölkə

20 İyul 2025, 16:42

26 nömrəli marşrutun avtobusları yenilənir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

 

Qeyd olunub ki, Binəqədi rayonunun Həmzə Babaşov küçəsi ilə Nərimanov rayonunun Vladimir Mayakovski küçəsini birləşdirən marşruta 2025-ci il Çin istehsalı olan 5 müasir, komfortlu və iritutumlu avtobus iyulun 20-dən daşımalara cəlb ediləcək.

 

Məlumata görə, yaxın aylarda marşrutdakı digər avtobuslar da yenilənəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi