Modern.az

Ukraynalı jurnalistdən İlham Əliyevə maraqlı HƏDİYYƏ - VİDEO

Ukraynalı jurnalistdən İlham Əliyevə maraqlı HƏDİYYƏ - VİDEO

Ölkə

21 İyul 2025, 09:27

Ukraynalı jurnalist Yelena Qurbanova Azərbaycan Prezidenti İlham Əliyevə Ukrayna ordusunun müxtəlif bölmələrinə məxsus şevron kolleksiyasını təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə görüntüləri Qurbanova özünün sosial media hesabında paylaşıb.

"Ordumuz Ukraynanın təhlükəsizliyinin yeganə təminatıdır", - Qurbanova hədiyyəni təqdim edərkən deyib.

İlham Əliyev verilən hədiyyəyə görə jurnalistə təşəkkür edib. "Çox sağ olun. Etdiyiniz işlərə görə təşəkkür edirəm. Belə davam edin", - deyə Azərbaycan Prezidenti bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM