Modern.az

6 ayda neçə nəfəri ilan sancıb? - Rəsmi CAVAB

6 ayda neçə nəfəri ilan sancıb? - Rəsmi CAVAB

Ölkə

22 İyul 2025, 12:23

Yay fəslinin gəlişi ilə ilan sancması hallarında artım müşahidə olunur. Havaların isinməsi, insanların təbiətdə daha çox vaxt keçirməsi, dağ və meşəlik ərazilərə səfərlərin çoxalması bu təhlükəni yenidən gündəmə gətirir.

Modern.az ilan sancması halları ilə bağlı vəziyyəti öyrənmək üçün Kliniki Tibbi Mərkəzlə əlaqə saxlayıb.

Mərkəzin Toksikologiya şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci ilin ilk 6 ayı ərzində ilan sancması səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 32 nəfər müraciət edib. İlan sancması ilə bağlı ölüm halı qeydə alınmayıb. 

Əlavə olaraq məlumatda qeyd olunub ki, zərdab təminatı ilə bağlı Toksikologiya şöbəsində heç bir problem mövcud deyil.

Aytac Bəhruzqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!