Azərbaycan dövlət başçısı İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edib.
Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “X” hesabında bildirib.
I would like to express my gratitude to President Donald Trump for sharing my remarks on his social media platform regarding the U.S.-Azerbaijan partnership and his commitment to a peace agenda - both globally and in our region - which I conveyed at the Shusha Global Media Forum.… pic.twitter.com/6T2bjXeFeK
— Ilham Aliyev (@presidentaz) July 22, 2025
Qeyd edək ki, Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin “lll Şuşa Qlobal Media Forumu”ndakı çıxışını paylaşıb. ABŞ lideri paylaşımı özünün rəsmi Truth Social hesabında edib. Paylaşımda Prezident İlham Əliyevin Donald Tramp haqqında fikirləri əks olunmuş görüntü yer alıb.
Azərbaycan Prezidenti forumda bildirib: “Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”.