Modern.az

I və IV qruplarının nəticələrinin açıqlanacağı TARİX

I və IV qruplarının nəticələrinin açıqlanacağı TARİX

Ölkə

22 İyul 2025, 15:03

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 6 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini ötən həftə -17 iyul tarixində elan edib. I və IV qruplar üzrə isə qəbul imtahanı isə iyulun 13-də keçirilib.

I və IV ixtisas qrupları üzrə nəticələrin bu həftə ərzində açıqlanması gözlənilir. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nəticələrin dəqiq hansı gün elan ediləcəyi hələlik bəlli olmasa da, prosesin cümə gününə qədər yekunlaşacağı ehtimal edilir.

Aytac Bəhruzqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!