Modern.az

Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir - Ceyhun Bayramov

Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir - Ceyhun Bayramov

Ölkə

22 İyul 2025, 15:47

Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması üçün Ermənistanda referendum keçirilərək konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı, həmçinin ATƏT-in Minsk qrupu ləğv edilməlidir.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Ceyhun Bayramovun sözlərinə görə, referendumun keçirilməsi, həmçinin artıq əhəmiyyətini itirmiş və faktiki mövcud olmayan Minsk prosesi təsisatlarının, o cümlədən Minsk qrupunun ləğvi istiqamətində addımların atılması zəruridir.

Nazir qeyd edib ki, görüş zamanı Maka Boçorişviliyə işğaldan azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işləri barədə, həmçinin keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışı prosesi barədə məlumat verib, mina probleminin təhlükəsiz qayıdışın qarşısında əsas problem olaraq qaldığını vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!