Modern.az

Kürdəmirdə 8 nəfər nədən zəhərlənib? - Səbəb AÇIQLANDI

Kürdəmirdə 8 nəfər nədən zəhərlənib? - Səbəb AÇIQLANDI

Ölkə

23 İyul 2025, 10:10

Xəbər verdiyimiz kimi, Kürdəmirin Cəyli kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib. Kənd sakinləri qohumlarla birgə evdə yemək yedikdən sonra qəfildən onların halı pisləşib.

Ümumilikdə səkkiz nəfər zəhərlənib. Onlardan ikisi uşaqdır.

Modern.az hadisənin səbəbini öyrənmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxlayıb.

Qurumdan verilən açıqlamada deyilir ki, Kürdəmir rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar aparılır.

Bildirilib ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər.

"İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanan və ya düzgün saxlanılmayan müxtəlif qidalardan baş verib. Faktla bağlı araşdırmalar davam edir", - açıqlamada deyilir.

Aytac Bəhruzqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?