Modern.az

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi - FOTO

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi - FOTO

Ölkə

23 İyul 2025, 16:38

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edilib.

Modern.az-ın məlumatına görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Sahib Rzayev İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Sahib Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?